8 Noyabr - Azərbaycan Respublikasının Zəfər Günüdür
İki il əvvəl - 2020-ci ildə Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin öndərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq 30 ildir işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad etmiş və ölkənin ərazi bütövlüyünü bərpa etmişdir.
Beynəlxalq Türk Akademiyası olaraq Can Azərbaycanın Zəfər Gününü ən səmimi arzularımızla təbrik edir, Vətən uğrunda canlarından keçmiş əziz şəhidlərimizi sayğı ilə anır, qazilərə cansağlığı diləyirik.